Əl-Cəzair səfərbərlik elan etdi
18 May 2014 Bazar 02:32
Əl-Cəzair müdafiə nazirliyi Əl-Qaidə hücumlarından ehtiyatlanaraq orduda səfərbərlik elan edib.
ANS PRESS-in məlumatına görə, Əl-Cəzair müdafiə nazirliyi Əl-Qaidə tərəfindən orduya qarşı hücumların ola biləcəyindən ehtiyatlanaraq, Liviya sərhədindəki əsgər sayını 40 minə çatdırıb.
Ölkədəki hərbi səlahiyyətli şəxslərə Məğrib Əl-Qaidəsi olaraq tanınan təşkilatın orduya qarşı əməliyyatlar keçirəcəyi məlumatı çatdırılıb.
Qeyd edək ki, mayın 15-də Liviyanın paytaxtı Tripolidə diplomatların qaçırılmasının qarşısını almaq üçün onların paytaxtdan təxliyyəsinə başladılmışdı.
DOSTLARINLA PAYLAŞ: