Ekvator Qvineyası səfiri qızını dəyənəklə döydü
29 Avqust 2014 Cümə 12:14
Ekvator Qvineyası səfirinin qızını döyərək xəstəxanalıq etdiyi bildirilir.
ABŞ-ın paytaxtı Vaşinqtonda qonşuların şikayəti ilə Ekvator Qvineyası səfirliyinə gedən polislər diplomat tərəfindən taxta dəyənəklə döyülmüş bir gənc qız aşkar ediblər.

ANS PRESS-in məlumatına görə, gənc qızın Qərbi Afrika ölkələrindən olan Ekvator Qvineyasının ABŞ-dakı səfiri Ruben Maye Nsue Manquenin qızı olduğu məlum olub.

Manquenin diplomatik toxunulmazlığı olduğu üçün haqqında cinayət işi açılmayıb.

Polis sözçüsü Dastin Sternbek bildirib ki, başında bir kəsik, üzündə yaralar olan və bədənini hər yeri “göyərmiş” şəkildə aşkar edilən qızı xəstəxanaya çatdırıblar.

Qeyd edək ki, qonşuların bundan əvvəl də polisə səfir Manquenin ailədaxili zorakılıq etməsi ilə bağlı şikayət etdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar