Ekvadorda güclü zəlzələ baş verib
12 Avqust 2010 Cümə Axşamı 19:05
Yeraltı təkanların 6,9 bal gücündə olduğu bildirilir.
Cənubi Afrika ölkəsi Ekvadorda güclü zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, Rixter şkalası ilə 6,9 bal gücündə zəlzələ Ambato şəhərinin 140 kilometr şərqində qeydə alınıb.
Zəlzələ ocağı isə yerin 185 kilometr dərinliyində qeydə alınıb. Hələlik zəlzələ nəticəsində dağıntı və insan ölümünün olub-olmaması barədə heç bir məlumat verilmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: