Ekstremizmin qarşısı alınmalıdır
16 Dekabr 2010 Cümə Axşamı 13:50
Ekstremizmin qarşısı alınmalıdır
 Rusiyanın baş naziri Vladimir Putin millətlərarası münasibətlərdə düşmənçilik və ekstremizm təzahürlərinin qarşısını almağı tələb edib. APA-nın “Lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, hökumət başçısı bunu “Vladimir Putinlə söhbət” adlı televiziya proqramında deyib.

Moskva şəhərində baş verən hadisələrlə bağlı sual V. Putinə ünvanlanan ilk sual olub. O bildirib ki, nə qafqazlılar, nə də digər millətlərə eyni boyanı yaxmaq olmaz, lakin bütün ifratçılıq hallarının qarşısı alınmalıdır. Baş nazir cəmiyyəti kütləvi qarışıqlığı əngəlləyən hüquq-mühafizə orqanlarına adekvat yanaşmağa da çağırıb: “Hakimiyyət orqanları dövlətdə vacib funksiya yerinə yetirir və onları alçaltmaq lazım deyil. Əks halda radikallarla liberal ziyalılar döyüşməli olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar