Eks-prezidentin qızına 6 ay həbs verildi
03 Yanvar 2012 Çərşənbə Axşamı 16:35
Tehran məhkəməsi Əli Əkbər Haşemi-Rəfsancaninin qızına siyasi fəaliyyətlə məşğul olmağı da qadağan edib.
İranın keçmiş prezidenti Əli Əkbər Haşemi-Rəfsancaninin qızı Faezə Haşemi anti-hökumət təbliğatına görə 6 aylıq həbs cəzasına məhkum edilib. Tehran məhkəməsi həmçinin eks-prezidentin qızına 5 il müddətinə siyasi fəaliyyətlə məşğul olmağı və kütləvi-informasiya vasitələrində çıxış etməyi qadağan edib.
Qeyd edək ki, bu yaxınlarda ölkə rəhbərliyi eks-prezidentə məxsus veb-saytı da bağlatdırmışdı.
DOSTLARINLA PAYLAŞ: