Eks-prezidentin oğlu ifadə verəcək
19 Fevral 2010 Cümə 20:05
Vladimir Voroninin oğlu milyonlar xərcləyir
Moldovanın eks-prezidenti Vladimir Voroninin oğlu Oleq Voronin ifadə vermək üçün yenidən Korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə Mərkəzinə çağırılıb.
Daha öncə də ifadə vermək üçün dəvət olunan Voroninin ölkə hüdudlarından kənarda olduğu üçün ifadə vermədiyi bildirilib. Yenidən Moldovaya qayıdan Oleqlə bağlı yerli mətbuatda yayılmış məlumatlar onun dindirilməsi üçün əsas hesab olunur.
Belə ki, eks prezidentin oğlunun xeyli miqdarda pul xərcləməsi mətbuatın gözündən yayınmayıb. Onun yarım il ərzində 67 milyon leev (5,25 milyon dollar) xərclədiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: