Fransanın keçmiş birinci xanımı Karla Bruni-Sarkozi San Remoda keçirilən populyar estrada festivalının qonağı olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, eks-model və müğənni 13 fevralda səhnəyə çıxaraq müəllifi olduğu yeni kompozisiyasını gitarada özünü müşayiət edərək ifa edib. Sonra isə aparıcı Karla Bruninin gitarada müşayiəti ilə mahnıya bənzər bir şey oxuyub.