Eks-prezidentə ayaqqabı atdılar
29 Mart 2013 Cümə 16:40
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə məhkəmə zalında hücum olub.
4 il qürbətdə olduqdan sonra martın 24-də Pakistana qayıdan keçmiş prezident Pərviz Müşərrəf dindirilmək üçün gəldiyi məhkəmədə hücuma məruz qalıb. Kəraçi şəhər ali məhkəməsindən çıxarkən naməlum şəxs Pərviz Müşərrəfə ayaqqabı atıb. Ayaqqabı general Müşərrəfə dəyməyib. Onu atanın isə vəkil olduğu bildirilir. İnsidentdən sonra Pərviz Müşərrəf təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, bu gün Kəraçi ali məhkəməsi Pərviz Müşərrəfin toxunulmazlıq müddətinin daha 15 gün uzadılmasına qərar verib. P. Müşərrəf Pakistanın 2007-ci ildə keçmiş baş naziri Bənazir Bhuttonun sui-qəsd nəticəsində öldürülməsi və daha bir neçə qalmaqallı cinayət işi ilə əlaqədar dindirilir.

Qeyd edək ki, Pərviz Müşərrəf həbs olunmaq təhlükəsinə və "Taliban"ın sui-qəsd hədələrinə baxmayaraq, vətənə qayıdıb və o, mayda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar