Eks prezident Fransisko Flores təslim oldu
06 Sentyabr 2014 Şənbə 11:15
Salvadorun sabiq prezidenti hakimiyyətə təslim olub. Fransisko Flores 10 milyon dollarlıq qəbzlər aldığını etiraf edib.
Salvadorun sabiq prezidenti hakimiyyətə təslim olub.
ANS PRESS-in məlumatına görə, axtarılan sabiq prezident Fransisko Flores dövlətin pulunu mənimsəməkdə ittiham olunur. Sabiq prezident bir neçə ay gizləndikdən sonra ortaya çıxıb.
Burada söhbət Tayvan hökumətindən Salvadora dotasiya kimi ayrılmış pullardan gedir. Fransisko Flores prezidentliyin son iki ilində Tayvandan 10 milyon dollarlıq qəbzlər aldığını etiraf edib. Ancaq sabiq prezident iddia edir ki, bu pullardan şəxsi məqsədlər üçün istifadə etməyib.
Qeyd edək ki, Fransisko Flores 1999-cu ildən 2004-cü ilə qədər ölkəyə rəhbərlik edib.
DOSTLARINLA PAYLAŞ: