İngiltərədə kinematik MR (Maqnit Rezonans tomoqrafiyası) texnologiyası ilə qeyri-adi görüntü qeydə alınıb.
İngiltərədə kinematik MR (Maqnit Rezonans tomoqrafiyası) texnologiyası ilə qeyri-adi görüntü qeydə alınıb. Hadisə London universitetində, ana bətnində əkiz döllərin inkişafı barədə aparılan araşdırma vaxtı baş verib. Əldə olunan görüntülərə görə, ana bətnində olan əkiz döllər birbirini təpikləyir. Araşdırma heyətinin üzvləri belə bir hadisənin ilk dəfə video ilə qeydə alındığını bildiriblər. Qeyd edək ki, video yükləndiyi az vaxt ərzində internetin fenomeninə çevrilib.