Əkili Yanukoviçin başına aşdı
18 May 2010 Çərşənbə Axşamı 15:20
Əkili Yanukoviçin başına aşdı. İnsident naməlum əsgər abidəsinin ziyarəti zamanı baş verib.
Rusiya prezidenti Dmitri Medvedevin Ukraynaya səfəri zamanı kiçik insident baş verib. Amma bu dəfə zərərçəkən Rusiya prezidenti yox, Ukrayna prezidenti Viktor Yanukoviç olub. Kiyevdəki naməlum əsgərin abidəsini ziyarət edərkən, abidənin qarşısına qoyulan əklil Ukrayna prezidentinin başına düşüb.

Yanukoviçin rusiyalı həmkarı isə son anda bu təhlükədən sovuşa bilib. Medvedevin Təhlükəsizlik Xidmətinin əməkdaşları küləyin hərəkətə gətirdiyi çələngin Rusiya prezidentinin üstünə düşməsinə imkan verməyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar