İsrailin keçmiş baş naziri Ehud Olmert Nyu-York klinikasında əməliyyat olunub. Onda prostat vəzidə bədxassəli şişin götürülməsi əməliyyatı keçirilib. “Gazeta.ru”nun məlumatına görə, əməliyyat uğurlu başa çatıb və keçmiş baş nazir hazırda özünü yaxşı hiss edir.
Yaxın günlərdə o, xəstəxanadan çıxacaq, amma tibbi müayinə üçün bir neçə həftə Nyu-Yorkda qalacaq. /ANS PRESS/