Əhmədinejat Vatikan liderini əməkdaşlığa çağırıb
08 Oktyabr 2010 Cümə 05:15
İran rəhbəri Əhmədinejat Vatikan liderinə yolladığı mesajda Qərbdəki islamafobiyaya qarşı mübarizə üçün ondan dəstək istəyib.
İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejat Roma papası 16-cı Benedikti əməkdaşlığa çağırıb. Rəsmi “İRNA” agentliyinin yaydığı məlumata görə, Əhmədinejat Vatikan liderinə yolladığı mesajda Qərbdəki islamafobiyaya qarşı mübarizə üçün ondan dəstək istəyib. İran prezidenti həmçinin Qurani Kərimə qarşı törədilmiş hörmətsizliyi pislədiyi üçün Roma papasına təşəkkürünü bildirib.
Vatikan rəhbərini sevgi, hörmət və ədalətə söykənən yeni bir nizam qurmağa dəvət edən Əhmədinejat mövcud sistemlərin silahlanmada yarışdığını və başqa millətləri idarə etmək təməli üstündə qurulduğunu deyib. İran rəhbəri belə anlayışla idarə olunan sistemlərin dağılmağa məhkum olduğunu bildirib.
Bir çox müharibə və hücumların bazarları ələ keçirmək, iqtisadi mənfəət əldə etmək və təbii sərvətləri qarət etmək üçün həyata keçirildiyini bildirən Mahmud Əhmədinejat bir tərəfli qərar və idarə anlayışının ölkələri bir-birindən uzaqlaşdırdığını vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: