Sərt bəyanatlarla tanına İran prezidenti ağlayıb.
Sərt bəyanatları və təhdidləri ilə tanınan İran prezidenti bu dəfə kameralar qarşısında ağlayıb. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Mahmud Əhmədinejat 1979-cu il inqilabının ildönümü münasibəti ilə keçirilən tədbirlərdən birində göz yaşlarına boğulub. Tədbirlər çərcivəsində İran inqilabının lideri İmam Xomeyninin məzarını ziyarət edən İran dövlət başçısı burada ağlayıb. Əhmədinejatı Xomeyninin nəvəsi müşayiət edib.