Əhmədinejadın rəqibi həbs edildi
08 Sentyabr 2009 Çərşənbə Axşamı 23:15
Mehdi Kərrubinin evinə basqın olub
İranın öncül islahatçısı Mehdi Kərrubi həbs olunub. Mehdi Kərrubinin köməkçilərindən biri olan Murtaza Alviri bildirib ki, Kərrubi İranın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən aparılıb.
Qeyd edək ki, İran polisi Kərrubinin paytaxt Tehrandakı bürosunu bu gün bağlamışdı.
Büro bağlanılarkən Tehrandakı etirazlar zamanı həbs olunanlara qarşı işgəncələrlə əlaqədar araşdırma sənədlərinin də ələ keçirildiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: