İsraildə Mahmud Əhmədinejadın İranda keçirilən seçkilərdə qələbə qazanması narahatçılıqla qarşılanıb. ANS PRESS-in “Kursor”a istinadən verdiyi xəbərə görə, İsrailin baş nazirinin müavini Silvan Şalom bildirib ki, İsrail İrana və onun nüvə proqramına qarşı münasibətinə yenidən baxmalıdır.
Təl-Əvivdə çıxışı zamanı o bəyan edib ki, İranın Qərblə münasibətləri yoluna qoyacağına olan bütün ümidlər Əhmədinejadın qələbəsilə boşa çıxıb.
"Əhmədinejadın təkrarən seçilməsi Tehranın hazırkı siyasətinin və nüvə proqramının əhali arasında böyük dəstəyə malik olduğunu göstərdi və bunun yaxın gələcəkdə dəyişəcəyinə heç bir şans yoxdur", -deyə Şalom bildirib.
İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon isə beynəlxalq ictimaiyyəti Tehranın nüvə proqramına müdaxilə etməyə çağırıb. /ANS PRESS/