Əhmədinejadın maşını hərraca çıxarılıb
22 Noyabr 2010 Bazar Ertəsi 17:20
"Peugeot-504" markalı avtomobil xeyriyyəçilik məqsədi ilə satılacaq
İran prezidenti Mahmud Əhmədinejadın “Peugeot-504” markalı avtomobili hərraca çıxarılıb. Bu haqda məlumat verən İranın sosial müdafiə naziri Sadqi Mahsuli bildirib ki, prezident belə bir qərarı yaşayış evlərinin tikilməsi məqsədi ilə təşkil edilmiş xeyriyyəçilik konfrasında verib.
Konfrans aztəminatlı ailələrin yaşayış problemlərinin həll edilməsi istiqamətində həyata keçirilən “Məskən-mehr” adlı yaşayış-tikinti proqramı çərçivəsində təşkil edilib.
Hökumət nümayəndəsinin sözlərinə görə, hazırda avtomobil beynəlxalq hərraca çıxarılıb və yaxın vaxtlarda onun qiyməti haqda ətraflı məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: