İranda keçirilən prezident sekilərində məğlub olan sabiq baş nazir Mir Hüseyn Musəvi bəyan edib ki, şəhid olmağa hazırdır. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə onun silahdaşı məlumat verib.
“Musəvi Tehranın cənub-qərbində küçəyə toplaşan tərəfdarlarına müraciət edərək bildirib ki, o, tutduğu yolu davam etdirəcək və bu yolda şəhid olmağa hazırdır”, - deyə onun silahdaşı bildirib. /ANS PRESS/