Əhmədinejadın Ermənistan səfəri təxirə salındı
06 İyun 2011 Bazar Ertəsi 11:19
Xəbəri Ermənistan prezidentinin mətbuat xidməti yayıb
İran prezidenti Mahmud Əhmədinejadın İrəvana bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. ANS PRESS-in “Novosti-Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən yayılıb.

Səfərin təxirə düşməsinin səbəbləri açıqlanmır.

Xatırladaq ki, bir neçə gün əvvəl İran-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilmiş, tərəflər arasında bir neçə müqavilə imzalanmışdı. Bu, İran prezidentinin səfərinə hazırlıq sayılırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar