Əhmədinejadın bəyanatı Rusiyanı özündən çıxardı
27 May 2010 Cümə Axşamı 17:20
Sergey Lavrov: "Moskva heç kimin göstərişi ilə oturub-durmur".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran prezidenti Mahmud Əhmədinejadın ötən gün Rusiya ilə bağlı səsləndirdiyi bəyənatını şərh edib. Rusiyalı diplomat İran prezidentinin söylədiklərini narazılıqla qarşılayıb.

“Biz İran prezidentinin son bəyənatını emosional qəbul edirik. Əgər rus dilinə düzgün tərcümə edilibsə, prezident Əhmədinejadın sözlərinə görə, Rusiya İranın nüvə problemi məsələsində yaranmış vəziyyətdə heç kimin sözü ilə oturub-durmamalıdır. Rusiya yalnız öz milli maraqları, təhlükəsizliyi, sosial-iqtisadi inkişafı maraqlarından başqa, heç kimin göstərişi ilə oturub-durmur. İranın nüvə proqramı da daxil olmaqla, istənilən xarici siyasət məsələsi ilə bağlı qəbul etdiyimiz bütün qərarlar bizim milli maraqlarımıza, bu və ya digər məsələlərin həlli ilə bağlı görülən cəhdlərə cəlb olunmuş böyük bir dövlət kimi məsuliyyətimizə əsaslanır. İranın nüvə proqramı da bunlardan biridir. Konkret nümunələr göstərmək istəmirəm. Prezident və bir sıra rəsmilər də başda olmaqla Rusiya rəhbərliyi İranın nüvə probleminin həlli yollarının tapılması istiqamətində səmərəli kompromisin axtarılmasında böyük səy göstərib. Təəssüf ki, aylar deyil, hətta il ərzində bu cəhdlərə İran tərəfinin cavabı qənaətbəxş olmayıb”, - deyə S.Lavrov bildirib.

Xatırladaq ki, Mahmud Əhmədinejad Rusiyanın İrana qarşı sanksiyaları dəstəkləməsinin yolverilməz olduğunu bildirmişdi və Rusiyanı Vaşinqtonun addımlarına dəstəyini bir daha nəzərdən keçirməyə çağırmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar