Əhmədinejadın 11 sentyabr hadisəsi haqqında dedikləri
18 Noyabr 2010 Cümə Axşamı 10:10
“11 sentyabr hadisəsində ABŞ özü həm şikayətçidir, həm hakimdir, həm də icraçıdır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 11 sentyabr bəhanəsi regionu az qala iflic vəziyyətinə gətirib: “Əfqanıstanın qanuni prezidenti deyir ki, sizin Əfqanıstanda əməliyyat aparmağınıza ehtiyac yoxdur, onlar deyirlər ki, özümüz bilərik”.

M. Əhmədinejad bitərəf qrupun bu məsələni araşdırmasına ehtiyac olduğunu vurğulayıb: “11 sentyabr hadisəsindən sonra regionda 1 milyona yaxın insan ölüb, 2 ölkə işğal olunub. Mən əminliklə bildirirəm ki, region xalqlarının ruhunun belə 11 sentyabr hadisəsindən xəbəri yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar