Əhmədinejadı 74 şallaq təhlükəsi gözləyir
13 May 2013 Bazar Ertəsi 12:55
İran prezidenti prezidentliyə namizədlərin qeydiyyatı zamanı qudasının yanında olub.
İran prezidenti Mahmud Əhmədinejad 74 şallaq cəzasına məruz qala bilər. “The Telegraph”ın yazdığına görə, Əhmədinejad qudası İsfəndiyar Rəhim Meşayinin prezidentliyə namizəd kimi qeydiyyatdan keçdiyi zaman onun yanında olub. Bu isə yerli qanunvericiliklə qadağandır.

Mayın 11-də İranın dövlət televiziyası Əhmədinejadın Meşayi ilə kadrlarını nümayiş etdirib.

Onu da qeyd edək ki, qanunun nəzərdə tutduğu 74 şallaq cəzası 6 aylıq həbslə əvəz oluna bilər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar