Bu gün Tehranın cənubunda Mir Hüseyn Musəvi tərəfdarları prezident Mahmud Əhmədinejadın tərəfdarlarının baş qərargahının yerləşdiyi binanı yandırıblar. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu hadisə şahidləri bildirib.
Şahidlərin sözlərinə görə, Tehranın cənubunda polis Musəvi və Əhmədinejad tərəfdarları arasında davam edən qarşıdurmaya son qoymaq üçün havaya atəş açır. /ANS PRESS/