Əhmədinejad Təbrizdə çətin anlar yaşayıb
30 Aprel 2013 Çərşənbə Axşamı 08:16
İran prezidenti etirazçıların qəzəbinə tuş gəlib.
Mahmud Əhmədinejadın Təbriz səfəri zamanı bir qrupun etirazı ilə qarşılaşdığını qeyd edən xəbər saytları bir etirazçının prezidentlə “əlbəyaxa” olduğunu bildirib. «Etirazçılardan biri Əhmədinejadın avtomobili üzərinə çıxıb və onunla bir anlıq əlbəyaxa oldu», - deyə «Setak News» veb səhifəsi yazıb.
Lent.az-ın «BBC»nin fars redaksiyasına istinadən verdiyi məlumata görə, olayı yaxından görən şahidlərdən biri «Setak News»un yaydığı məlumatı təsdiqləyib.
Etirazçılar özlərini “Nəsr Kredit Fondundan zərərçəkmişlər” kimi təqdim edib. Onların tutduğu plakatlardan birinin üzərində belə yazılıb: «Cənab prezident, sözlərinə əməl etməyən məsullardan cana doymuşuq».
DOSTLARINLA PAYLAŞ: