Mahmud Əhmədinejad təkrar prezident seçildikdən sonra yerli televiziya kanallarının canlı yayımında çıxış edərək bildirib ki, qələbə qazandığı seçkilər “azad və sağlam” şəraitdə keçib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, o, rəqiblərinin seçkilər zamanı qanun pozuntuları və saxtakarlıqlar barədə bəyanatlarını təkzib edib.
Əhmədinejad televiziya ilə çıxışı zamanı xalqın onun siyasətinə səs verdiyini vurğulayıb. /ANS PRESS/