Əhmədinejad saxlanılıb
02 May 2013 Cümə Axşamı 12:14
İran prezidenti 7 saat ifadə verib.
İran prezidenti Mahmud Əhmədinejadın 7 saat ifadəsi alınıb. ANS PRESS-in HaberTürk-ə istinadən verdiyi məlumata görə, onun saxlanılmasını İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Şəfi Hüseyn Tayib tapşırıbmış.

Bu barədə mətbuata məlumatları isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı (CİA) və Pentaqonun sözçüsü olan "Rıza Xəlili" adı ilə tanınan şəxs açıqlayıb. O, Əhmədinejadın maşın karvanının ötən bazar ertəsi günü İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşları tərəfindən saxlanıldığını və prezidentin zorla Ş.H.Tayibin yanına aparıldığını deyib.

Xəlili daha sonra bildirib ki, Əhmədinejad öz yerinə sağ qolu hesab elədiyi köməkçisi İsfəndiyar Rahim Meşainin gətirmək istədiyini və buna görə də Meşainin namizədliyinə qarşı çıxan ölkənin dini lideri Əli Hamaneyini şantaj edir.

Əhmədinejadın Meşayinin namizədliyi təsiqlənməyəcəyi təqdirdə 2009-cu ildə prezident seçkilərində saxtakarlıq etdiyini sübut edən faktları ictimaiyyətə açıqlayacağını deyib. Həmin sənədlərdə Əhmədinejadın əslində 6 milyon səs topladığını, ancaq saxtakarlıqla bu rəqəmi 24 milyona yüksəldildiyi göstərilir. Xəlili Ş.H. Tayibin 7 saat davam edən soğrusu zamanı Əhmədinejadı bu faktları açıqlamamaq üçün hədələdiyini iddia edir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar