Əhmədinejad nazir oldu
17 May 2011 Çərşənbə Axşamı 12:05
İran prezidenti neft sahəsinə nəzarəti üzərinə götürüb
İran prezidenti Mahmud Əhmədinejad özünü neft naziri elan edib. Bu barədə məlumatı "CNN Türk" yazıb. Mahmud Əhmədinejad özünü müvəqqəti olaraq bu vəzifəyə təyin edib. Bununla da İran prezidenti ölkədəki ən strateji sahədə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, İranda nazirliklərin sayının 256-dan 17-yə salınmasını nəzərdə tutulubş Bu inkişaf planı çərçivəsində artıq rifah və sənaye, neft nazirlikləri bağlanıb.
İran liderinin iyunun 8-də Vyanada keçiriləcək OPEK-in 159-cu iclası öncəsi bu vəzifəyə keçməsi diqqəti çəkib.
DOSTLARINLA PAYLAŞ: