Əhmədinejad ikinci dəfə İranın prezidenti seçilib
13 İyun 2009 Şənbə 19:05
O, seçicilərin 62.63 faizinin səsini qazanıb

 

İranın Daxili İşlər naziri Sadiq Məhsuli İrantelekanallarının birbaşa yayımında Mahmud Əhmədinejadın prezident seçkilərində qalib gəldiyini elan edib. ANS PRESS-in verdiyi məlumata görə, nazir söyləyib ki, Mahmud Əhmədinejad seçicilərin səslərinin 62.63 faizini qazanıb.

Onun əsas rəqibi Mir Hüseyin Musəvi isə 33.75 faiz səs toplayıb.

Digər namizədlər - Möhsün Rəzayi və Mehdi Hərrubi müvafiq olaraq 1.73 və 0.85 faiz səs toplayıblar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar