Əhmədinejad ABŞ hökumətini zorakılıqda ittiham edib
05 Aprel 2011 Çərşənbə Axşamı 10:52
O, ABŞ-ı siyasətini nəzərdən keçirməyə çağırıb
ABŞ prezidenti Barak Obama və sələflərinin yürütdüyü siyasət ABŞ rəhbərliyinin həqiqi üzünü nümayiş etdirir. İran prezidenti Mahmud Əhmədinejad Tehranda keçirdiyi mətbuat konfransında bunu bəyan edib. Mahmud Əhmədinejad ABŞ hökumətini yürütdüyü siyasəti gözdən keçirməyə, region xalqlarının müstəqilliyi və hüquqlarına hörmətlə yanaşmağa, ikili standartlara və zorakılığa son qoymağa çağırıb.
«İsrail və ABŞ hökumətlərinin Yaxın Şərqdə hökmranlıq səyləri bölgədəki dinjliyi hər gün daha təhlükəli vəziyyətə gətirir. Bölgə ölkələri isə bu qarışıqlığın gerçəkləşməməsi üçün bölgə xalqının tələblərini dinləməlidir. Barak Obama 2008-ji ildə «dəyişiklik» şüarı ilə prezident seçildi, ancaq o da ABŞ-ın keçmiş prezidenti Corc Buşun yolunu davam etdirir.»-sitatın sonu.
Mahmud Əhmədinejad BMT baş katibi Pan Ki Munla telefon danışığında regiondakı məsələlərə ABŞ və Avropa ölkələrinin müdaxiləsinin qarşısının alınmasının vacibliyini vurğuladığını deyib. Onun sözlərinə görə Bəhreyn və Liviyaya müdaxildə edən, eyni zamanda məsum fələstin xalqına qarşı çıxan İsrail rejiminin zülmlərinə səssiz duran qərb dövlətlərinin ikili davranışı onların ziddiyyətli yanaşmasını göstərir.
DOSTLARINLA PAYLAŞ: