Əhməd Davutoğlu Moskvaya səfər edəcək
16 İyun 2009 Çərşənbə Axşamı 09:55
Nazir həmkarı Sergey Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edəcək

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu bu həftə Avropa ölkələrinə, ABŞ və Rusiyaya səfər edəcək. Bu barədə Journal of Turkish Weekly xəbər verib.
Ə. Davutoğlu iyunun 15-də Lüksemburqa gedəcək və burada Avropa Birliyinin ümumi və xarici məsələlər üzrə iclasında iştirak edəcək. Daha sonra almaniyalı həmkarının dəvəti ilə Almaniyaya səfər edəcək və burada da iki ölkə arasındakı qarşılıqlı məsələləri müzakirə edəcklər.
Davutoğlu Avropadan ABŞ-a səfər edəcək və iyunun 18-də BMT Təhlükəsizlik şurasının İraqla bağlı iclasına sədrlik edəcək. Rusiyaya səfəri zamanı isə türkiyəli nazir xarici işlər naziri Sergey Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar