Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Əfqanıstana bu gün nəzərdə tutulmuş səfəri baş tutmayıb. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb nazirin təyyarəsində yaranmış texniki nasazlıq olub. Davudoğlu səfərini sabah Türkiyədən gələcək yeni təyyarə ilə davam edəcək.
Qeyd edək ki, Əhməd Davudoğlu Pakistandadır. /ANS PRESS/