Əhməd Davudoğlunun qızı ərə getdi
19 İyul 2010 Bazar Ertəsi 09:30
Meymunə Davudoğlunun toyunda prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qızına toy çaldırıb. XİN-in başçısının qızı Meymunə Davudoğlu İstanbul Ticarət otağı sədrinin köməkçisi Dursun Topçunun oğlu Talha Topçu ilə ailə həyatı qurub. Cütlüyün nigah şahidi prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Dövlət naziri və Baş nazirin köməkçisi Bülənt Arınç, maliyyə naziri Ali Babacan, Baş nazirin müavinləri Ali Rza Yapar və Ömər Öztürk edib.

Dövlət başçısı Abdullah Gül yeni evlənən cütlüyü təbrik edəndən sonra sözü baş nazirə verərək "Tayyib əminizin sizə bir tövsiyəsi var", deyə bildirib. Ərdoğan yeni ailəyə xoşbəxtlik arzulayıb: "Hörmətli prezidentimiz bir şeyi qeyd etməyi unutdu. Biz ən azı 3 uşaq istəyirik. Çünki bu millətin sizlər kimi gənclərin yaratdığı ailələrə ehtiyacı var. Ən pis gününüz belə olsun".

Qeyd edək ki, nigah mərasiminə aralarında dövlət rəsmiləri və xanımlarının da olduğu bir çox qonaq qatılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar