Əhməd Davudoğlunun erməni həssasiyyəti
23 İyul 2011 Şənbə 07:14
Davudoğlu ermənilərə Türkiyədə ev alabiləcəkləri müjdəsini verib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan QHT nümayəndələri ilə görüşüb və onlara Türkiyədə ev alabiləcəkləri müjdəsini verib. Məlumata görə, TEPAV-ın (Türkiyə Ekonomi Politikaları Araşdırmaları Vəqfi) “iki ölkə arasında təhlükəsizlik tədbirlərinin çoxaldılması” mövzusunda keçirdiyi seminarda Ermənistanın 5 QHT-si iştirak edib. QHT nümayəndələri daha sonra XİN müşaviri Feridun Sinirlioğlu, daha sonra nazir Əhməd Davudoğlunun qəbulunda olublar.

Səmimi havada keçən görüş vaxtı Davudoğlu türklərlə ermənilər arasında tarixi münasibətlər olduğunu, özündəki bu hissin uşaqlıq dövründən qaldığını deyib: “Mənim kəndin Konya yaxınlığında, Toros dağlarındadır. Qapı oymalarını hazırlayan usta erməni idi. Bizim yaxınlığımızda da erməni ailə vardı. Məndəki bu yaxınlıq hissi uşaqlıq dövründən qalıb”.

Ermənu nümayəndələrindən birinin Osmanlının son dövründə babalarının Ərzurumdan köçdüklərini deməsi ilə Davudoğlu bu problemlərin yaxın vaxtlarda həl olunacağına inandığını deyib: “Hazırda dalana dirənmişik. Amma bu belə davam etməyəcək. Səbrli olaq. Ailəvi Ərzuruma gəlib gəzəcəksiniz. Hətta ev də ala bilərsiniz. Münasibətlərimiz düzələcək”.

Əhməd Davudoğlu iki sözə, “tarixdaşlıq və vətəndaşlıq” terminlərinə çox əhəmiyyt verdiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar