Əhməd Davudoğlu xalqa ərəbcə müraciət etdi
04 İyul 2011 Bazar Ertəsi 05:11
Əhməd Davudoğlu: “Liviyanın gələcəyi keçmişindən daha yaxşı olacaq”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Liviyada səfərdədir. Davudoğlu Liviya prezidenti Muammər Qəddafiyə qarşı mitinqlərin keçirildiyi meydanda xalqa müraciət edib. Müraciətində ərəbcə danışan Davudoğlu çıxışına “Ömər Muxtarın nəvələrinə salam” olsun sözləri ilə başlayıb. Türklərlə liviyalıların tarix, tale və gələcəklərinin müştərək olduğunu deyən Türkiyənin baş diplomatı Liviyanın gələcəyinin keçmişdən daha yaxşı olacağını deyib. Davudoğlu həmçinin liviyalılara Türkiyə xalqının və baş nazir Ərdoğanın salamlarımı çatdırıb. Qeyd edək ki, yerlilərin səsləndirdiyi dəstək şüarları səbəbilə Əhməd Davudoğlu tez-tez çıxışını dayandırmalı olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: