Əhməd Davudoğlu: Türkiyə İsraili diz çökdürdü
16 Dekabr 2011 Cümə 14:16
Xarici işlər naziri Əhməd Davudoğlu öz ölkəsinin xarici siyasətindən danışıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz ölkəsinin Yaxın Şərqdə apardığı siyasət nəticəsində İsraili diz çökdürdüyünü bildirib. ANS PRESS-in Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, nazir bu sözləri parlamentdə Türkiyənin xarici siyasəti müzakirəyə çıxarılan zaman söyləyib.

Əhməd Davudoğlu Türlkiyənin xarici siyasətində prioritet məsələ kimi qonşu dövlətlərlə yaxşı münasibətin qurulmasının vacibliyini bildirib. “Ancaq bizim qonşumuz olan dövlət digər dövlətin əhalisini incidirsə bu zaman biz susmayacağıq”, -deyə Ə. Davudoğlu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar