Əhməd Davudoğlu Suriyaya səfəri ilə bağlı açıqlama verib
10 Avqust 2011 Çərşənbə 12:58
O, terrorla mübarizə və dinc sakinlərə qarşı atılmaması gərəkən addımların müzakirə edildiyini deyib
Suriyadan geri dönən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Esenboğa hava limanında səfəri ilə bağlı açıqlama verib. O, bu görüşdə Suriyaya yalnız Türkiyənin mövqeyini çatdırdığını deyib.

«Biz beynəlxalq ictimaiyyətlə sıx əlaqə saxlayırıq. Bir neçə gün ərzində mən Avropalı və bir sıra ərəb ölkələrinin xarici işlər nazirləri ilə də bu məsələni müzakirə etmişəm. Təbii ki, bu məsələdə bütün ölkələrlə qarşılıqlı əlaqələrimiz davam etdirilir və davam etdiriləcək. Ancaq bu o demək deyil ki, əlaqələrimizin olduğu ölkələrin ismarıclarını çatdırmalıyıq. 6 saatlıq danışıqlarda iki tərəf arasında dostcasına müzakirələr aparılıb. Mən - Türkiyənin xarici işlər naziri kimi sadəcə və sadəcə, Türkiyənin, cənab prezidentimizin, baş nazirimizin və hökumətimizin mövqeyini çatdırıram vsə sadəcə o çərçivədə danışıram.»-deyə Əhməd Davudoğlu bildirib.

Əhməd Davudoğlunun sözlərinə görə Bəşər Əsədlə görüşdə hər zaman vurğulanan məqam bir daha nəzərə çatdırılıb. O, terrora qarşı mübarizə, dinc sakinlərə qarşı atılmaması gərəkən addımların bu danışıqlarda açıq və şəffaf şəkildə müzakirə edildiyini bildirib.

Qeyd edək ki, Əhməd Davudoğlu Suriyaya səfərlə bağlı Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğanla da görüşüb. Görüş 1 saatadək davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar