Əhməd Davudoğlu İraqa səfər edib
16 Yanvar 2011 Bazar 15:20
Türkiyə rəsmisi Əhməd Davudoğlu Nəcəf və Kərkük şəhərlərinə də gedəcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqa səfər edib. Bu onun İraqda hökumətin qurulmasından sonra ilk səfəridir. Səfərin gündəliyində iki ölkə arasında ötən il bağlanmasına baxmayaraq, hələ də icrasına başlanılmayan 40-a yaxın saziş durur.
Xarici işlər naziri burada dövlət başçısı Cəlal Təlabani, baş nazir Nuri Əl Maliki, həmkarı Hoşyar Zebari və bir sıra başqa dövlət rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, paytaxt Bağdaddan başqa, Əhməd Davudoğlunun Nəcəf və Kərkük şəhərlərinə də gedəcəyi gözlənilir. Davudoğlunun Suriyayada səfəri planlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: