Əhməd Davudoğlu: İrana hücum fəlakətə səbəb olacaq
11 Fevral 2012 Şənbə 00:47
“Xüsusilə, Yaxın Şərq bölgəsi üçün dönüş anında belə bir variant mümkün deyil”.
İrana hücum fəlakətə səbəb olacaq. ANS PRESS-in məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) keçirdiyi mətbuat konfransında çıxış edib. Məlumatı “Reuters” agentliyi yayıb. Əhməd Davudoğlunun fikrincə, bu variant ümumiyyətlə nəzərdən keçirilməməlidir. “Xüsusilə, Yaxın Şərq bölgəsi üçün dönüş anında belə bir variant mümkün deyil”, - türkiyəli nazir deyib.
Əhməd Davudoğlunun sözlərinə görə, indi İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır və danışıqların vacibliyini başa düşür.
Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Ştatlar rəsmiləri ikibaşlı bəyanatda çıxış ediblər. Onlar bəyan ediblər ki, İranın nüvə məsələsinin dinc yolla həlli istəyinin mövcudluğuna baxmayaraq, Vaşinqton heç bir fəaliyyət variantını, o cümlədən, hərbi gücdən istifadəni istisna etmir.
DOSTLARINLA PAYLAŞ: