Əhməd Davudoğlu Hillari Klintonun qızına toy hədiyyəsi göndərəcək
21 İyul 2010 Çərşənbə 00:45
Əhməd Davudoğlu toy hədiyyəsi olan vazanı Əfqanıstandadakı səfirlik vasitəsilə ABŞ-a yollamaq niyyətindədir.
Kabil konfransında iştirak etmək üçün Əfqanıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun qızına bu günlərdə olacaq toy mərasimi üçün hədiyyə göndərəcəyini bildirib.

Əhməd Davudoğlu deyib ki, toy hədiyyəsi olan vazanı Kabilə gətirib, lakin Əfqanıstanda olan təhlükəsizlik problemləri səbəbindən onu buradakı səfirlik vasitəsilə ABŞ-a göndərməyi qərara alıb.

Qeyd edək ki, Əhməd Davudoğlu Əfqanıstan səfərinə öz qızı Meymunə Davudoğlunun toy mərasimindən sonra yola düşüb.

Türkiyə xarici siyasət idarəsinin başçısı səfər çərçivəsində NATO-nun baş katibi Anders Foq Rasmussen, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və rusiyalı həmkarı Sergey Lavrov ilə də görüşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar