Əhməd Davudoğlu Hillari Klintonla danışıb
22 Yanvar 2010 Cümə 18:10
Əhməd Davudoğlu Hillari Klintonla danışıb. Tərəflər danışıqlar zamanı türk-erməni protokollarını müzakirə edib.
Bu gün ABŞ-ın dövlət katibi Hillari KlintonlaTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon danşığı olub. Tərəflər danışıqlar zamanı türk-erməni protokollarını müzakirə edib.

Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Edvard Nalbaldyan bildirib ki, münasibətlərin normallaşdırılması üzrə Ermənistan-Türkiyə danışıqları Türkiyənin əlaqələrin qurulmasına hazır olmaması ucbatından pozula bilər.

O, İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə protokolların ratifikasiyasına hazır olmasa, danışıqları şərtlər irəli sürərək davam etdirərsə və normallaşma prosesini digər məsələlərlə əlaqələndirərsə, prosesi əngəlləmiş olacaq. "Bu halda danışıqların pozulması istisna deyil",-deyə Nalbaldyan bildirib.

Ermənistan konstitusiya məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və müstəqillik bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Ermənistanın müstəqillik bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri "Qərbi Ermənistan" adlandırılır. Eyni zamanda bəyannamədə saxta və uydurma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir. Türkiyə hökuməti bu qərarı qəbuledilməz adlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar