Əhməd Davudoğlu “Energizer dovşanı” kimidir
22 Yanvar 2011 Şənbə 07:00
Əhməd Davudoğlu “Energizer dovşanı” kimidir. Amerikanın “New York Times” qəzeti həftə sonu əlavəsində Türkiyənin Xarici işlər naziri Davudoğluna geniş yer ayırıb.
Həftə sonu əlavəsində Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğluna geniş yer ayıran Amerikanın “New York Times” qəzeti baş diplomatı çox ağıllı, yorulmaq bilməyən və özünü inkişaf etdirən bir insan kimi təqdim edib.
Qeyd edək ki, artıq bir neçə aydır bu materialı hazırlamaq istəyən jurnalist Ceyms Traub Davudoğlunu təqib edir və bu vaxt ərzində nazirlə bir neçə dəfə görüşüb. “Əhməd Davudoğlu fövqəladə bir şəxsiyyətdir. Çox ağıllı, yorulmaq bilməyən və özünü inkişaf etdirən biridir. Onun hekayələrinin qəhramanı həmişə özü olur. Ərdoğanla Davudoğlu eyni baxışa sahib insanlardır”.
Qəzet mühafizəkar olan nazirin çox populyar olduğunu yazır: “Davudoğlu mükəmməl ingilis dili bilir. Bəzən şəkilçilərdən istifadə etməməsi isə onun bu dili sonradan öyrəndiyini bəlli edir. Həmişə kübar və qeyri-müəyyən bığaltı gülümsəyir. Özü mühafizəkar, həyat yoldaşı hicablı olsa da laik (dünyəvi) elit təbəqə arasında olduqca populyardır”.
Qəzet həmçinin ABŞ dövlət departamenti rəsmilərinin Əhməd Davudoğluna “Energizer dovşanı” (Bir batareya reklamında rəqiblərindən 10 qat güclü fiqur) dediyini bildirir. “Tehrana 7-ci səfərində 18 saatda razılıq əldə edib”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: