Əhməd Davudoğlu: Bundan sonra Parisə gedərkən 100 dəfə düşünməli olacağıq
17 Dekabr 2011 Şənbə 11:15
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa gündəmində olan "qondarma erməni soyqırımı"ndan danışıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma erməni soyqırımı ilə bağlı sərt ifadələr işlədib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, nazir iddialar ilə bağlı Avropa Birliyinə sərt reaksiya verib.

Belə ki, Polşanın Ankaradakı səfiri Marsin B. Vilsek ilin sonu ilə bağlı Ankaradakı digər Aİ üzv ölkələrinin səfirlərinin iştirakı ilə ziyafət verib. Tədbirdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da iştitak edib. Ziyafəyə Fransa parlamentində dekabrın 22-də müzakirə ediləcək ""erməni soyqırımı"nı inkar edənə 1 il həbs cəzası və 45 min avro cərimə" nəzərdə tutan qanun layihəsi damğasını vurub.

Əhməd Davudoğlu qanun layihəsinə sərt reaksiya verib: "Bir gün gəlsə və mən Fransaya getsəm orada bir jurnalist məndən "erməni soyqırımı varmı?" deyə soruşsa mənim, "biz Fransa parlamentinə hörmət edirik, parlament hər şeyi bizdən daha yaxşı bilir. Mən danışa bilmərəm" deməyimi gözləyirsiniz? Əlbəttə nə mən, nə də başqa nazirlər bunu edər. Bundan sonra Parisə gedərkən 2 dəfə yox, 100 dəfə düşünməli olacağıq. Bu qanun layihəsi bizə qarşı deyil, Avropa dəyərlərinə qarşı bir cəhddir. Bunu əsla qəbul etməyəcəyik və hər platformda müzakirəyə çıxaracağıq. Əgər bu, fransızlar üçün o qədər önəmli idisə, onda nə üçün onlar seçkiyə 4 ay qalana kimi gözləyirdilər. Bu popülist bir yanaşmadır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar