Əhməd Davudoğlu Ban Ki Munla görüşüb
15 Dekabr 2010 Çərşənbə 06:05
Davudoğlu ilə zarafat edən BMT sədri türkiyəli nazirə xitabən, “deysən çox vacib adamdır” – deyib
ABŞ-da rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT baş katibi Ban Ki Munla görüşüb. Görüşdə Kipr məsələsi də daxil olmaqla bir sıra beynəlxalq məsələlər müzakirə olunub. Jurnalistlərin çox yığıldığını görən Ban Ki Mun Davudoğlu ilə zarafat edib. BMT sədri türkiyəli nazirə xitabən, “deysən çox vacib adamdır” – deyib.

Sabah isə Davudoğlu iraqlı həmkarı Xoşyar Zəbari ilə görüşəcək. Görüşdən sonra nazir Amerikanın sədrlik etdiyi BMT təhlükəsizlik şurasının İraqla bağlı təşkil edəcəyi müzakirələrdə iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar