Əhməd Davudoğlu ABŞ-a rəsmi səfərə gedir
14 Dekabr 2010 Çərşənbə Axşamı 04:43
Səfərin məqsədi BMT Təhlükəsizlik Şurasının İraqla bağlı təşkil edəcəyi müzakirələrdə iştirak etməkdir
Türkiyənin xarici işlər naziri ABŞ-a rəsmi səfərə gedir. ANS PRESS Türkiyə Xarici işlər nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, səfər ABŞ-ın vitse-prezidenti Co Baydenin dəvəti ilə həyata keçirilir. Dekabrın 14 – 15-də baş tutacaq səfərin məqsədi ABŞ-ın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının İraqla bağlı təşkil edəcəyi müzakirələrdə iştirak etməkdir. Bundan başqa, Əhməd Davudoğlu BMT-nin baş katibi Ban Ki Mun və müzakirələrdə iştirak edəcək digər rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar