"Əhalini müharibəyə deyil, sülhə hazırlayın!"
26 May 2011 Cümə Axşamı 17:58
ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə bəyanatla çıxış edib
Bu gün ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə bəyanat qəbul edib. Onlar Azərbaycan və Ermənistan prezidentlərini əhalini müharibəyə deyil, sülhə hazırlamağa, həmçinin iyunda keçiriləcək sammit zamanı nizamlanmanın əsas prinsipləri üzərində işi yekunlaşdırmağa çağırıblar.

“Razılaşma əldə olunarsa, biz bu prinsiplərin formal qəbulunu təsdiq etməyə, sülh sazişinin işlənməsinə yardım göstərməyə və beynəlxalq tərəfdaşlarımızla onun icrasına dəstək verməyə hazırıq”, - deyə bəyanatda qeyd olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar