Egey dənizində iki gəmi toqquşub
28 İyun 2009 Bazar 20:50
Türkiyədən Fransaya sement aparan gəmi boş gəmiyə dəyib

 

Egey dənizində Dardanell boğazından çıxışda iki gəmi toqquşub. Gəmilərdən «Renate Shulte» Almaniya konteyner daşıycısı və o birisi Türkiyənin «Marti Princess» quru yük gəmisi olub.

Toqquşma nəticəsində zərər çəkən olmayıb. Quru yük gəmisi zədələnsə də, batma təhlükəsi yoxdur. Hər iki gəmidə birlikdə 35 adam var.

«Marti Princess» Türkiyədən Fransaya sement aparırmış və göyərtəsində 8 min ton sement var. «Renate Shulte» isə Mərakeşdən İstanbula təmir üçün gəlirmiş. /ANS PRESS/  

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar