Egey dənizi sahilində ikibaşlı delfin tapılıb
06 Avqust 2014 Çərşənbə 02:12
Akademik Mehmet Gökoğlu nadir təbiət hadisəsi ilə qarşı-qarşıya olduqlarını deyib.
Türkiyədə Egey dənizi sahilindən 2 başlı, 2 üzgəcli və 1 quyruqlu ölmüş delfin balası tapılıb. ANS PRESS-in xəbərinə görə, qeyri-adi dəniz canlısını bədən tərbiyəsi müəllimi Tuğrul Metin tapıb.

Məlumata görə, Antalya şəhərindən dincəlmək üçün İzmirin Dikili rayonuna gedən Metin dənizdə üzərkən sahildə qəribə bir heyvan görüb. Yaxınlaşaraq bunun ikibaşlı delfin balası olduğunu görən Metin bu barədə Dikili jandarm birliyinə xəbər verib.

Qəribə delfin balası araşdırılmaq üçün lazımi yerə təhvil verilib. “Akdeniz” universiteti Su məhsulları fakultəsi kafedrasının akademiki Mehmet Gökoğlu nadir təbiət hadisəsi ilə qarşı-qarşıya olduqlarını deyib. Akademik həmçinin bunun, siyam əkizləri kimi bir vəziyyət olduğunu bildirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar