Egemen Baxış İstanbulun yeni meri olacaq
16 İyul 2013 Çərşənbə Axşamı 11:13
Bu onun Türkiyənin Avropa İttifaqı (Aİ) ilə münasibətlər üzrə naziri vəzifəsində olduğu sonuncu Ramazan ayıdır.
Türkiyənin Avropa İttifaqı (Aİ) ilə münasibətlər üzrə naziri Egemen Baxış İstanbulun yeni meri ola bilər. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, iftar ilə bağlı Türkiyə departamentinin deputatları ilə keçirilən mərasimdə Baxış bildirib ki, ola bilsin ki, bu onun Türkiyənin Avropa İttifaqı (Aİ) ilə münasibətlər üzrə naziri vəzifəsində olduğu sonuncu Ramazan ayıdır.
Nazirin bu barədə bəyanatı birmənalı qarşılanmayıb. Onun yaxın vaxtlarda İstanbulun meri vəzifəsinə təyin olunacağı bildirilir."İstanbul meri olmağa razılaşmısınızmı?" sualına Baxış cavab olaraq bildirib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən istənilən vəzifəni yerinə yetirməyə hazırdır.
DOSTLARINLA PAYLAŞ: