Əfqanıstanın ali təhsil nazirinə sui-qəsd olub
15 İyul 2012 Bazar 13:53
Nazir Obeydulla Obeydin ölkənin şimalında yerləşən Kunduz vilayətinin Baqlan şəhərindən gəlirmiş.
Bu gün Əfqanıstanda ölkənin ali təhsil nazirinə sui-qəsd olub.
ANS PRESS “Reuters”ə istinadən bildirir ki, nazir Obeydulla Obeyd ölkənin şimalında yerləşən Kunduz vilayətinin Baqlan şəhərindən gəlirmiş. Bu zaman onun kortejindəki maşınlardan biri radioidarəli fuqasla vurulub.
Obeyd zərər çəkməyib, amma onu müşaiyət edən iki polis işçisi yaralanıb. Kortej maşınlarından birində Baqlan vilayətinin qubernatoru Munşi Əbdul Məjid də olub. O, ehtimal edib ki, partlayış “Taliban” tərəfindən tördəlib.
Hələ ki, Əfqanıstanda fəaliyyət göstərən qruplardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: