Əfqanıstanda zəlzələ baş verib. CNN-nin məlumatına görə, hökumət sözçüsü Ziya Abdülzayin bildirib ki, paytaxt Kabildən 90 km şərqdə baş verən zəlzələ nəticəsində 15 nəfər ölüb, 200-dən artıq adam yaralanıb. Yerli vaxtla gecə saat 01-radələrində qeydə alınan yeraltı təkanlar yüzlərlə evə ziyan vurub.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, Nangarhar vilayətində iki saat ara ilə baş verən yeraltı təkanlar 5,5 və 5,1 bal gücündə olub./ANS PRESS/